Son dəqiqə

Türkiyə İzmir AFAD zəlzələ

İzmirdə zəlzələ baş verib

Bakı. TurkicWorld:

İzmirin Çandarlı körfəzində 4,2 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumatda qeyd olunub ki, zəlzələ TSİ (Türkiyə Saatı İlə) 14:53-də baş verib.

Zəlzələnin 9,18 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

"İndiyə qədər heç bir dağıntı və tələfat barəsində məlumat verilməyib.” –deyə açıqlamada bildirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər