Selçuk Bayraktar Fələstinə dəstəyini bəyan edib

Selçuk Bayraktar Fələstinə dəstəyini bəyan edib

Bakı. TurkicWorld:

Baykar İdarə Heyətinin və Türkiyə Texnologiya Komandası (T3) Vəqfi Mütəxəssislər Şurasının sədri Selçuk Bayraktar Fələstinə dəstəyini bəyan edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Selçuk Bayraktar öz sosial media hesabında paylaşım edib.

"İlin ilk səhəri Şəhidlərimizə və Fələstinli qardaşlarımıza dəstək üçün toplaşdıq. Birliyimiz, həmrəyliyimiz əbədi olsun." - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə yeni ilin ilk günündə Milli İradə Platforması rəhbərliyi altında ilə 308 Qeyri-Hökumət Təşkilatının iştirakı ilə Fələstinə dəstək yürüşü keçirilib.

"Şəhidlərə rəhmət, Fələstinə dəstək, İsrailə lənət" yürüşü üçün təxminən 250 min insan Qalata körpüsündə bir araya gəlib.

Səhər namazından sonra məscidlərdən çıxan insanlar kortejlərdə Qalata körpüsünə doğru irəliləyiblər.

Hafiz Rufizoğlu