Kocaelidə İŞİD-ə qarşı əməliyyat keçirilib

Kocaelidə İŞİD-ə qarşı əməliyyat keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin Kocaeli vilayətində terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 11 nəfər saxlanılıb.

Polis qrupları terror təşkilatı İŞİD-in fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində iş aparıblar.

Saxlanılanlardan 4-nün xarici ölkə vətəndaşı olduğu bildirilib.

Xatırladaq ki, dünən Yozqat vilayətində keçirilən əməliyyatda beş İraq vətəndaşı olan İŞİD üzvü saxlanılıb.

Hafiz Rufizoğlu