Son dəqiqə

Yılmaz Tunc Türkiyə Ədliyyə Nazirliyi

Superkubok finalının təxirə salınmasından sonra təxribat xarakterli paylaşımlar edənlərə qarşı məhkəmə istintaqı başladılıb – Tunç

Bakı. TurkicWorld:

Türkiyə Superkubok finalının təxirə salınmasından sonra bəzi sosial media hesablarında təxribat xarakterli paylaşımlar edənlərə qarşı Baş Prokurorluq tərəfindən məhkəmə istintaqı başladılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Türkiyəli nazir onu da vurğulayıb ki, müəyyən edilən şübhəlilər barəsində zəruri hüquqi proses davam etdirilir.

Xatırladaq ki, 29 dekabr tarixində Türkiyə Superkubokunun final oyunu ləğv olunub.

Oyunun başlamasına bir müddət qalmış “Fenerbahçe” və “Galatasaray” futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.

Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün “Yurtda sulh, cihanda sulh” sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.

Məlumat üçün qeyd edək ki, hər iki komanda heyəti standionu tərk edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər