Son dəqiqə

Türkiyə Sakarya

Türkiyədə baş verən zəncirvari qəzada 10 nəfər həyatını itirib

Bakı. TurkicWorld:

Türkiyənin Şimali Mərmərə şosesinin Sakarya mövqeyində yeddi avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb.

TurkicWorld-un məlumatına görə, sıx duman səbəbindən üçü avtobus və bir yük maşını olmaqla yeddi nəqliyyat vasitəsi zəncirvari qəza törədib.

Qəza səbəbindən magistralın İstanbul istiqamətində nəqliyyat dayanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər