Son dəqiqə

Türkiyə Türkiyə Sənaye və Texnologiya nazirliyi Alper Gezeravcı

Alper Gezeravcının kosmosa uçuş tarixi təxirə salınıb

Bakı. TurkicWorld:

Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək ilk Türk kosmonavt Alper Gezeravcının kosmosa uçuş tarixi əlverişsiz hava şəraiti və SpaceX-in planlarında dəyişikliklər səbəbindən 17 yanvar 2024-cü il tarixinə qədər təxirə salınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi açıqlayıb.

Məlumata əsasən, Alper Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 müxtəlif elmi təcrübə aparacaq. Sənaye və Texnologiya naziri Kacır biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığını açıqlayıb.

Xatırladaq ki, A.Gezeravcının kosmos səyahətinin 9 yanvar 2024-cü il tarixində olacağı bildirilmişdi. O, kosmos missiyasından əvvəl ABŞ-da təlim keçib. Təlim çərçivəsində onlar kosmik stansiyada həyati fəaliyyətlərini həyata keçirmək üçün praktiki və nəzəri dərslər alıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər