TUNA mühərrikləri ilk dəfə olaraq inventarlaşdırılır (ÖZƏL)

TUNA mühərrikləri ilk dəfə olaraq inventarlaşdırılır (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Müdafiə Sənayesi Başçılığının (SSB) koordinasiyasında həyata keçirilən taktik təkərli zirehli vasitə mühərriki layihəsi çərçivəsində hazırlanan 400 at gücünə malik TUNA mühərrikləri ilk dəfə olaraq inventarlaşdırılır.

TurkicWorld-un məlumatına görə, yerli hərbi quru avtomobil mühərriki TUNA-nın ilk dəfə istifadə edildiyi VURAN 4x4 avtomobilləri Türkiyə Silahlı Qüvvələrinə təhvil verilir.

BMC Power tərəfindən istehsal olunan 97 TUNA mühərriki il ərzində zirehli quru maşınları istehsalçısı BMC Defence-ə təhvil verilib. Burada VURAN 4x4 avtomobillərində TUNA mühərrikləri quraşdırılıb. Qəbul fəaliyyətlərinə başlanılan yerli istehsallı VURAN-lardan 50-si Quru Qoşunları Komandanlığında xidmətə veriləcək.

Çatdırılma prosesi davam edərkən, BMC Power, KİRPİ avtomobillərində istifadə olunacaq TUNA mühərriklərini hazırlayır. 2024-cü ilin birinci rübündə yerli mühərrikli 10 ədəd KİRPİ avtomobilinin istehsalı planlaşdırılır.

TUNA-nın müxtəlif quru nəqliyyatı layihələrində istifadəsi ilə bağlı SSB və BMC Power arasında danışıqlar davam edir. BMC Power, TUNA-nın Türkiyə müdafiə sənayesinin müxtəlif zirehli quru avtomobil istehsalçıları tərəfindən istifadəsi təşəbbüslərini davam etdirir.

BMC Power-ın ilk dəniz mühərriki olan 600 at gücünə malik LEVEND (yerüstü versiya AZRA mühərrikindən götürülüb) ilin sonunda təhvil veriləcək. Mühərrik ASELSAN və Sefine Gəmiqayırma şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan Marlin silahlı pilotsuz dəniz vasitəsində istifadə olunacaq.

BMC Power və İŞBİR Elektrik Sanayii AŞ arasında Yerli Mühərrikin Hərbi Tipli Generator İnkişaf etdirmə Layihəsi müqaviləsi çərçivəsində istifadə edilmək üçün bir AZRA Marine (LEVEND) və TUNA mühərrikinin tədarükü tezliklə həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyənin ilk yerli hərbi quru maşını mühərriki olan TUNA üzərində inkişaf işlərinə 2018-ci ilin noyabrında başlanılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_