Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Qlobal təhlükəsizliyi təmin etməli olan beynəlxalq təşkilatların problem həll etmək qabiliyyəti yoxdur - Ərdoğan

Bakı. TurkicWorld:

Bu gün daha yaxşı anlayırıq ki, qlobal təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan beynəlxalq təşkilatların problem həll etmək qabiliyyəti yoxdur.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World Forum 2023"-də çıxışı zamanı deyib.

“Qəzzada soyqırımın davam etdiyi bir dövrdə qlobal miqyasda çətin dövrdən keçirik. Rusiya-Ukrayna münaqişəsi gündəmdə arxa plana keçsə də, hələ də davam edir. Münaqişənin ilk aylarında ölkəmizin səyləri ilə irəli sürdüyü sülh planının önəmi gündən-günə daha yaxşı başa düşülür. Türkiyə daha çox qan tökülməsinin və daha çox dağıntının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürməyə hazırdır. Təəssüflər olsun ki, davamlı sülhün bərqərar edilmədiyi hər günün əziyyətini günahsız insanlar çəkir”, – deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində öldürülənlərin sayı 17 min 177 nəfərə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər