Bakı. TurkicWorld:
Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) bələdiyyə seçkiləri üçün namizədləri 15 dekabrdan sonra mərhələli şəkildə açıqlanacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Cümhur İttifaqı adı altında heç bir addım atılmadı. Lakin bu seçkidə vəziyyət xeyli fərqlidir. Hazırda Milliyətçi Hərəkat Partiyasından olan müttəfiqlərimiz və AK Parti birgə işlərini davam etdirirlər. Hansı böyük şəhərdə, hansı vilayətdə, hansı rayonda necə hərəkət edəcəyik, məclis üzvü olaraq necə davranacağıq, bütün bu məsələlər müzakirə edilir. Düşünürəm ki, onlar bu həftə ərzində müəyyən nəticəyə gələcəklər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.