İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik – Selçuk Bayraktar

İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik – Selçuk Bayraktar

Bakı. TurkicWorld:

İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.

“FERGANİ kosmos təşəbbüsümüzlə bağlı işlərimiz artıq 2 ilə yaxındır ki davam edir. Dünyada hazırda ən çox Starlink 500-600 kilometr məsafə qət edir. Onlar kosmosa minlərlə peyk buraxırlar. Bizim məqsədimiz daha da irəli getməkdir. Bunu İHA-larımızda hazırladığımız dizaynlarda görə bilərsiniz. Biz aşağı orbit bürcləri və həmçinin orbital ötürmə vasitələri üzərində işləyirik.” – deyə Selçuk Bayraktar bildirib.

O qeyd edib ki, 2025-ci ildə kosmosa göndərilməsi planlanan peykin qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üzərində işləniləcək.

Hafiz Rufizoğlu