Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Sadır Japarov

Qırğızıstanla strateji əməkdaşlığımızın daha da dərinləşəcəyinə inanıram – Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovu ad günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Mərkəzi açıqlama verib.

Məlumata əsasən, prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini vurğulayaraq, strateji əməkdaşlığın regional səviyyədə olduğu kimi, ikitərəfli və çoxtərəfli formatlarda da dərinləşəcəyinə inandığını qeyd edib.

Qeyd edək ki, 6 dekabr 1968-ci ildə Qırğızıstanın şimalındakı İssık-Kul vilayətinin Tüp rayonunun Ken-Suu kəndində anadan olan Sadır Japarov 2021-ci il yanvarın 28-də prezident vəzifəsinin icrasına başlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər