Türk dünyası Vəkillər İttifaqı yaradılmalıdır – Tunç

Türk dünyası Vəkillər İttifaqı yaradılmalıdır – Tunç

Bakı. TurkicWorld:

Türk Dünyası Vəkillər İttifaqının yaradılması üçün lazımi addımların atılması vacibdir.

TurkicWorld xəbər verir ki, bu sözləri bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç Türk Hüququ Tarixi Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

“Təşkilatın yaradılması Türk dünyası arasında həm də siyasi, iqtisadi, təhlükəsizlik, ədliyyə kimi bir çox sahədə əlaqələrimizi gücləndirmək üçün atılan son dərəcə mühüm addımdır”, - deyə o əlavə edib.

Y. Tunç, həmçinin, Türkiyənin strateji bir coğrafiyada yerləşdiyini vurğulayaraq xüsusilə son 21 ildə həyata keçirdiyi fəal xarici siyasətlə regional və qlobal arenada kritik rol oynadığını bildirib.

Qeyd edək ki, 6 oktyabr tarixində Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin notariat palatalarının sədrləri tərəfindən "Türk Dünyası Ölkələri Notariatları İttifaqı"nın yaradılması haqqında memorandum imzalanıb.

X: Lamanasadli01