Bakı. TurkicWorld:
Almaniya Eurofighter təyyarələrinin Türkiyəyə ixracı məsələsinə müsbət yanaşmasa belə digər alternativləri dəyərləndirəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Böyük Britaniyanın Eurofighter-ə baxışı əslində müsbətdir. Təəssüf ki, Almaniya ilə problem var. Ancaq İngiltərə problemlərin həllinə müsbət yanaşdı. İngiltərə Almaniya ilə bu məsələni müzakirə edəcəklərini bildirib. Hazırda bizim başqa alternativlərimiz var”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər daha öncə 40 ədəd Eurofighter təyyarəsinin alınacağını bildirmişdi.







