Son dəqiqə

Türkiyə

Türkiyədə mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyədə Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbərlərindən biri saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, qruplaşmanın rəhbərlərindən biri Şamil Əmirov İstanbulun Sarıyer səmtində "Qəfəs-15" əməliyyatı zamanı saxlanılıb.

O, qeyd edib ki, Ş.Əmirov dələduzluqda ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilib.

Mövzuya görə xəbərlər