Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya Baş naziri Fumio Kişida ilə görüşdə PKK məsələsini gündəmə gətirib.
TurkicWorld-un məlumatına görə, danışıqlar Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransında iştirak etmək üçün gəldiyi Expo City Dubai-də baş tutub.
Sammitdə keçirilən bu görüş Yaponiyanın PKK-ya qarşı son qalmaqallı qərarından sonra daha da kritikləşib.
Yaponiyanın daxili kəşfiyyat xidməti İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsi bu yaxınlarda öz rəsmi saytında terror təşkilatlarının siyahısını paylaşıb. Ancaq Yaponiya kəşfiyyatı yaxın vaxtlara qədər terror təşkilatı kimi qələmə verdiyi PKK-nı bu siyahıya daxil etməyib.
Bu yaxınlarda yenilənmiş siyahıdakı bu qərar Türkiyədə sərt reaksiyaya səbəb olub.
Hafiz Rufizoğlu