Bakı. TurkicWorld:
Qəzza münaqişəsinin həlli üçün Türkiyə üzərinə düşəni etməyə hazırdır.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-də İqlim Sammitində çıxışı zamanı deyib.
"Qəzzada baş verənlər müharibə cinayətidir. İsrailin hücumları nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla 16 mindən çox günahsız fələstinli mülki şəxsin öldürülməsinə heç bir şəkildə haqq qazandırmaq olmaz. Günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Türkiyə olaraq hər cür məsuliyyəti öz üzərimizə götürməyə hazırıq", - deyə o vurğulayıb.
Qeyd edək ki, 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – “COP28” konfransı işinə başlayıb.