Son dəqiqə

Türkiyə Pakistan Özəl

Pakistan Türkiyədən yeni silah sistemləri idxal edəcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Pakistan Türkiyədən 30 ədəd T129 ATAK Hücum Helikopteri və inventarında olan digər platformalarda istifadə üçün Roketsan istehsalı olan L-UMTAS, UMTAS və OMTAS tipli tank əleyhinə raketləri alacaq.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Türkiyə ilə Pakistan arasında 2018-ci ildə Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan 30 ədəd T-129 ATAK Hücum və Taktiki Kəşfiyyat Helikopteri, 4 ədəd ASPHAT istehsalı olan MİLGEM ADA Sinif Korvetinin tədarükünü əhatə edən dəyəri 2,5 milyard dollardan çox olan iki fərqli müqavilə imzalanıb.

Qeyd edək ki, UMTAS Layihəsi Türkiyə Silahlı Qüvvələrinin uzun mənzilli tank əleyhinə raket ehtiyaclarını milli imkanlarla qarşılamaq üçün yaradılan bir layihədir. 2008-ci ilin sentyabrında başlanan layihə sayəsində UMTAS Raketi T-129 ATAK Helikopterinin tank əleyhinə raketi olaraq Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

Helikopterlərdən istifadə üçün hazırlanan UMTAS, əsas döyüş tanklarına qarşı effektiv olan və rəqib tank əleyhinə sistemlərə üstünlük verən bir çox xüsusiyyətlərə malik raket sistemidir.

Mövzuya görə xəbərlər