Son dəqiqə

Türkiyə TPAO Qabar

Qabar dağından gündəlik 27 min barrel neft hasil edilir

Bakı. TurkicWorld:

Türkiyənin Qabar dağında qazılan 22 neft quyusundan gündəlik 27 min barrel neft hasil edilir.

TurkicWorld xəbər verir ki, bu barədə "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti məlumat verib.

Məlumata əsasən, hazırda “Şehit Esma Çevik Neft Sahəsində” ümumilikdə 36 neft quyusu qazılıb, onlardan 22-si neft hasil edir, 14-də isə qazma işləri davam edir.

Bundan əlavə, Türkiyə 2024-cü ilin sonunda gündəlik 100 min barrel neft hasil etməyi hədəfləyir.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər