Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İspaniya

Ərdoğan İspaniya Baş naziri ilə Qəzzadakı sülhün təmin edilməsini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançes ilə Qəzzadakı sülhün təmin edilməsini müzakirə edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

“Görüşdə İsrailin fələstinlilərə hücumları, humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatması üçün atılacaq addımlar, daimi atəşkəs və daimi sülh üçün səylər müzakirə edilib.” – deyə açıqlamada bildirilib.

Ərdoğan qeyd edib ki, Türkiyə bölgədə daimi sülhün təmin edilməsi və regional sülh üçün İspaniya ilə birlikdə çalışmağa hazırdır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər