Bakı. TurkicWorld:
Türkiyənin "Mədəniyyət Texnopark"ı daxilində beş fərqli sektordan 25 şirkət nümayəndəsi 19-24 noyabr tarixlərində Qətərin paytaxtı Dohaya kommersiya səfəri təşkil edib.
TurkicWorld xəbər verir ki, tədbir çərçivəsində türk texnologiya şirkətlərinin qlobal arenada daha effektiv olması üçün beynəlxalq əməkdaşlıq imkanları qiymətləndirilib.
Məlumata əsasən, səfər zamanı yeddi müxtəlif təşkilata baxış keçirilib və 15 strateji B2B görüşü keçirilib. İlk gün Qətərin tarixi və mədəni sərvətləri barədə sahibkarlara məlumat verilib.
Səfərin ikinci mərhələsində texnopark nümayəndələri Qətər Azad Zonalarında və Qətər Maliyyə Mərkəzində olub, Qətər iş dünyası ilə əməkdaşlıq üçün addımlar atılıb. Rowad Sahibkarlıq Konfransı 2023-də iştirak edən teknopark nümayəndə heyəti yüksək interaktiv B2B görüşləri və startap görüşləri keçirib.
Tədbirdə çıxış edən "Mədəniyyət Teknopark"ın baş direktoru Ali Ramazan Tak KOSGEB tərəfindən dəstəklənən bu mühüm tədbirlə Türk texnologiya şirkətlərini qlobal arenada daha rəqabətli etməyi hədəflədiklərini bildirib.
"Qətərə bu sıx işgüzar səfərimizlə innovasiya və əməkdaşlıqda liderliyimizi bir addım daha irəli apardıq. Türkiyə ilə Qətər arasında daha güclü əlaqələr qurmaq üçün göstərdiyimiz səylər Türkiyə Respublikası ilə Qətər arasındakı strateji ortaqlığa əhəmiyyətli töhfə verir", - deyə o qeyd edib.
Beş gün ərzində keçirilən tədbirlər "Mədəniyyət Texnopark"ın aparıcı şirkətlərinə qlobal şəbəkə yaratmağa imkan yaradıb.