Son dəqiqə

Türkiyə İran Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi

Ərdoğan İran prezidenti ilə Qəzzadakı son hadisələri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə Qəzzadakı son hadisələri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, iki lider arasında telefon danışığı aparılıb.

Görüşdə İsrailin Qəzzaya qeyri-qanuni hücumları, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə qalıcı atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.

Ərdoğan görüş zamanı başda Türkiyə və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe sərgiləməsinin əhəmiyyətini dilə gətirib.

O, İran və Türkiyənin müvəqqəti atəşkəsin qalıcı olması və daimi sülhün əldə edilməsi üçün birlik içində çalışmağa davam edəcəklərini bildirib.

Görüş zamanı liderlər Türkiyədə keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər