Türkiyə YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçildi – Mehmet Nuri Ersoy

Türkiyə YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçildi – Mehmet Nuri Ersoy

Bakı. TurkicWorld:

Türkiyə YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçildi.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

“Ümumdünya İrs Komitəsi Dünya İrs Konvensiyasının icra orqanıdır. Türkiyə 4 illik üzvlük müddətində bu komitənin iclaslarında, digər üzvlər ilə birlikdə dünya irsi siyahısına namizədlərlə bağlı qərarların qəbulu prosesində söz sahibi olacaq.” – deyə nazir bildirib.

Nuri Ersoy qeyd edib ki, Türkiyə 1983-1989 və 2013-2017-ci illərdə YUNESKO-nun Ümumdünya İrs Komitəsində yer alıb.

Hafiz Rufizoğlu