Türkiyə ilə Əlcəzair arasında 12 müqavilə imzalanıb

Türkiyə ilə Əlcəzair arasında 12 müqavilə imzalanıb

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əlcəzair Prezidenti Əbdülməcid Tebbun “Türkiyə Respublikası ilə Əlcəzair Demokratik Xalq Cümhuriyyəti arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısının Birgə Bəyannaməsi”ni imzalayıb.

TurkicWorld xəbər verir ki, bundan əlavə, iki ölkə arasında müxtəlif sahələrdə 12 əməkdaşlıq müqaviləsi imzalanıb.

Məlumata əsasən, Türkiyə və Əlcəzairin Xarici İşlər, Ticarət, Səhiyyə Nazirlikləri, Arxiv İdarəsi, Kosmik Agentlikləri, həmçinin media sahələri arasında bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə rəsmi səfər edib.

X: Lamanasadli01