Qəzzadan gətirilən 61 xəstə Ankaraya çatıb

Qəzzadan gətirilən 61 xəstə Ankaraya çatıb

Bakı. TurkicWorld:

Qəzzadan gətirilən 61 xəstə və 49 xəstə baxıcısı Ankaraya çatıb.

TurkicWorld xəbər verir ki, Misirin Əl Ariş Hava Limanından qalxan Türkiyə təyyarəsi Etimesqut Hərbi Hava Limanına eniş edib.

Məlumata əsasən, təyyarədə olan 61 xəstə hava limanında hazır vəziyyətdə saxlanılan təcili yardım maşınları ilə Bilkent və Etlik şəhər xəstəxanalarına təxliyyə ediləcək.

Qeyd edək ki, 16 noyabr tarixində Qəzzadan 27 xəstə Bilkent Şəhər Xəstəxanasına gətirilərək müalicələrinə başlanılıb.

X: Lamanasadli01