Quterreşin Rəfah sərhəd-keçid məntəqəsindən içəri buraxılmaması BMT-nin missiyasını itirməsinin bariz nümunəsidir - Kurtulmuş

Quterreşin Rəfah sərhəd-keçid məntəqəsindən içəri buraxılmaması BMT-nin missiyasını itirməsinin bariz nümunəsidir - Kurtulmuş

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Rəfah sərhəd-keçid məntəqəsindən içəri buraxılmaması təşkilatın missiyasını itirməsinin bariz nümunəsidir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

"Türkiyə olaraq Rusiya-Ukrayna münaqişəsində Ukraynada mülki əhalinin həlak olmasının qarşısını almaq üçün ilk andan bütün öhdəliklərimizi yerinə yetirməyə çalışırıq. Təəssüf ki, Ukraynada müharibə başlayandan bu yana son iki ildə həlak olanların sayı Qəzzada 45 gündə öldürülən insanların sayı ilə eynidir. Biz insanlar arasında ayrı-seçkilik edə bilmərik. Bu gün Qəzzada İsrailin təcavüzkar hücumları qarşısında böyük hərbi cinayətlər törədilir", - deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

X: Lamanasadli01