Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Almaniya

Almaniya ilə birlikdə humanitar atəşkəs yarada bilsək, münaqişə bölgəsini xilas edə bilərik - Ərdoğan

Bakı. TurkicWorld:

Almaniya ilə birlikdə humanitar atəşkəs yarada bilsək, münaqişə bölgəsini xilas edə bilərik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolz ilə keçirilən birgə mətbuat konfransı zamanı deyib.

"İsrail-Fələstin müharibəsini borcluluq psixologiyası ilə qiymətləndirmək olmaz. Türkiyənin İsrailə borcu olmadığı üçün sərbəst şəkildə mövqeyini göstərir. Amma İsrailə borcu olanlar sərbəst danışa bilmir". – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, indiyədək 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb və artıq Qəzza deyilən yer demək olar yoxdur.
“Türkiyə olaraq hadisələrin əvvəlindən bəyan etmişik ki, mülki şəxsləri hədəf alan hücumları qəbul etmirik. Bizim prioritetimiz atəşkəsi və humanitar yardımın maneəsiz axınını təmin etməkdir.” – deyə Ərdoğan vurğulayıb

O bildirib ki, indiyə qədər Misirə humanitar yardımla dolu 10 təyyarə göndərilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər