Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Sakarya Alparslan Bayraktar

Sakarya qaz yatağında hasilat 4 milyon kubmetrə çatıb - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Sakarya qaz yatağından gündəlik təxminən 4 milyon kubmetr hasilat əldə etmişik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Enerji və Təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Artıq Sakarya qaz yatağından gündəlik təxminən 4 milyon kubmetr hasilat əldə etmişik. Bu istehsal 1,5 milyon evin təbii qaza olan tələbatını ödəyir. Təbii qaza artan tələbatın ödənilməsi nöqtəsində, 19 min kilometr ötürücü və 192 min kilometr paylayıcı təbii qaz boru kəmərlərimiz, 3-ü FSRU olan 5 LNG qurğumuz və cari saxlama tutumu 5,8 milyard kubmetr olan iki yeraltı təbii qaz anbarımız böyük üstünlüklər verir. Neft hasilatını artırmaq üçün qazma işlərini davam etdiririk. Bu gün biz Qabar rayonunda gündə 23 min barel xam neft hasil edirik", - deyə nazir bildirib.

Alparslan Bayraktar qeyd edib ki, bütün bloklar işə düşdükdən sonra Akkuyu Atom Elektrik Stansiyası ölkəmizin illik elektrik ehtiyacının, təxminən, 10 faizini ödəyəcək və illik 7 milyard kubmetr təbii qaz idxalının, o cümlədən də 35 milyon ton karbon emissiyasının qarşısını alacaq.

"Üzərində işlədiyimiz Sinop və Trakya atom elektrik stansiyası layihələri ilə bağlı yüksək texnoloji ölkələrlə danışıqlarımız davam edir",- deyə nazir əlavə edib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin oktyabr ayında Sinop və Trakya layihələrini istifadəyə verəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər