Fələstində davamlı sülh üçün çalışmalıyıq - Əminə Ərdoğan

Fələstində davamlı sülh üçün çalışmalıyıq - Əminə Ərdoğan

Bakı. TurkicWorld:

Fələstində davamlı sülh üçün çalışmalıyıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan deyib.

"Dinindən, dilindən və irqindən asılı olmayaraq insan haqlarını hər zaman müdafiə edəcəyik. Fələstinin ədalətsiz işğalına son qoyulmalıdır. İsrail tərəfindən dağıdılan binaların bərpası üçün BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar tərəfindən fond yaradılmalıdır", - deyə o bildirib.

Ə.Ərdoğan onu da qeyd edib ki, Türkiyə dərhal atəşkəs və humanitar yardımların çatdırılması ilə bağlı çağırışlarını davam etdirəcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01