Türksat, AfricaCom 2023 sərgisində iştirak edəcək

Türksat, AfricaCom 2023 sərgisində iştirak edəcək

Bakı. TurkicWorld:

Türksat, 14-16 noyabr tarixlərində Afrika qitəsinin texnologiya, telekommunikasiya və peyk tədbiri olan AfricaCom 2023 sərgisində iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, Türksat, xüsusilə Afrika qitəsinə xidmət edən Türksat 5B ilə qitədəki effektivliyini artırmağı və Türkiyənin Afrika qitəsinin peyk xidmətləri bazarında güclü yer almasını planlaşdırır. Şirkət 5-ci nəsil Türksat 5B peyki ilə yanaşı, milli PeycON ailəsi antenaları HidrON, TerrON, MicrON və AerON-u Afrika bazarında debüt edəcək.

Sərgi proqramı çərçivəsində, Türksat peyk rabitəsi, yayım və peyk avadanlıqları, rəqəmsal media ilə bağlı yüksək səviyyəli görüşlər keçirəcək.

Şirkət region ölkələrindəki yayım və məlumat xidmət təminatçıları ilə yeni iş müqavilələri bağlamağı planlaşdırarkən, yarmarka zamanı ediləcək razılaşmalarla Türkiyənin Afrika qitəsinə ixrac payını da artırmağı hədəfləyir.

Aytac Süleymanova

Twitter: a_alieva_