THY təyyarələrinin sayını artırır

THY təyyarələrinin sayını artırır

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) 2026-2036-cı illər arasında təhvil veriləcək 240-ı dəqiq olmaqla cəmi 355 təyyarənin alınması üçün Airbus şirkəti ilə danışıqlar aparır.

TurkicWorld xəbər verir ki, bu barədə THY məlumat verib.

"2023-2033-cü illəri əhatə edən Strateji Plan çərçivəsində müəyyən edilmiş inkişaf hədəflərinə uyğun olaraq bir müddətdir təyyarə və mühərrik istehsalçıları ilə danışıqlar aparılır. Satınalma ilə əlaqədar idarə heyətinin təsdiqi alındıqdan sonra lazımi məlumat ictimaiyyətlə paylaşılacaq", - deyə THY-dən bildirilib.

X: Lamanasadli01