Qəzza üçün səhiyyə xidmətləri Misirlə koordinasiya yolu ilə çatdırılacaq - Koca

Qəzza üçün səhiyyə xidmətləri Misirlə koordinasiya yolu ilə çatdırılacaq - Koca

Bakı. TurkicWorld:

Türkiyədən Qəzzaya göndərilən tibbi ləvazimatları daşıyan gəmi Misirin Əl-Ariş limanına çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz rəsmi X sosial media hesabında açıqlayıb.

F.Koca onu da bildirib ki, səhiyyə xidmətləri Misirlə koordinasiya yolu ilə Qəzza əhalisinə çatdırılacaq.

Məlumat üçün bildirək ki, Türkiyə daha əvvəl Qəzza üçün Misirin Əl Ariş hava limanına dərman, tibbi istehlak materialları, tibbi cihaz və generatorlardan ibarət səkkiz yük təyyarəsi göndərib.

X: Lamanasadli01