Türkiyə Qəzzaya yardım gəmisi göndərib

Türkiyə Qəzzaya yardım gəmisi göndərib

Bakı. TurkicWorld:

Türkiyədən Qəzzaya göndərilən tibbi ləvazimatları daşıyan gəmi İzmirdən yola çıxıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz rəsmi X sosial media hesabında açıqlayıb.

"Qəzzaya göndərilən ən böyük yardım gəmisi yola düşdü. Məlum olduğu kimi, əvvəllər Misirin Əl Ariş hava limanına dərman, tibbi istehlak materialları, tibbi cihaz və generatorlardan ibarət səkkiz yük təyyarəmiz göndərilib. Bu gündən etibarən, Misirin səhiyyə naziri Xalid Abdel Qaffarın səyləri nəticəsində ümumilikdə 51 konteyner tibbi ləvazimat və generatorun, 20 ambulansın daşınması üçün lazımi icazələr alınıb. Yardım gəmisinin şənbə günü Əl-Ariş limanına çatması gözlənilir", - deyə o bildirib.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarında 10 min 812 fələstinli həyatını itirib, onların 4 min 412-i uşaqlardır.

X: Lamanasadli01