Bakı. TurkicWorld:
Türkiyə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin hüquqları və tanınması üçün bütün gücümüzlə çalışacağıq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.
“Türk diplomatiyası olaraq, adadakı türk icmasının hüquqları və Şimali Kipr dövlətinin tanınması üçün bütün gücümüzlə çalışmaqda davam edəcəyik. Kipr türklərinin şərəfli yaşaması, inkişafı və rifahı üçün hər zaman fəallığımızı davam etdiririk. Uzun və çətin bir yoldur, amma biz bundan yorulmuruq, Prezident cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi yolumuza davam edirik",- deyə nazir bildirib.
Aytac Süleymanova







