ATAK-2 helikopterində Bor Karbid zirehindən istifadə ediləcək (ÖZƏL)

ATAK-2 helikopterində Bor Karbid zirehindən istifadə ediləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ATAK-2 helikopterində Bor Karbid zirehindən istifadə ediləcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, Türkiyədə bol olan Bor Karbid (B4C) almaz və kub bor nitriddən sonra məlum olan ən sərt materialdır və sərtliyi ilə yanaşı elastik quruluşu ilə ATAK-2 helikopterinin hərəkət sürətini artıracaq.

"Bor karbid zavodu ildə 1000 ton istehsal həyata keçiriləcək. Bor karbidinin sənaye bazarı 60 milyard dollardır. Ən keyfiyyətli məhsulları istehsal etmək istəyən ölkələr Türkiyə borundan istifadə etməlidir. Bor filizinin əlavə dəyəri 150 dollardan 1200 dollara qaldırılacaq”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ATAK helikopteri 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) arasında imzalanan Ağır Sinif Hücum Helikopteri Layihəsi çərçivəsində yaradılıb.

X: Lamanasadli01