Hakan Fidan Niderlandlı həmkarı ilə telefon danışığı aparıb

Hakan Fidan Niderlandlı həmkarı ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu axşam Niderlandın xarici işlər naziri Hanke Bruins Slot ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

Görüşdə, Qəzzada baş verən hadisələr müzakirə edilib.

Fidan qeyd edib ki, ən qısa zamanda tam atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların təcili çatdırılması lazımdır.

Eyni zamanda görüşdə, Ukraynadakı son vəziyyət qiymətləndirilib və Qara dəniz taxıl dəhlizinin canlandırılmasının əhəmiyyəti vurğulanıb.

Hafiz Rufizoğlu