Son dəqiqə

Türkiyə Mehmet Şimşek Ərəb dövlətləri

İstanbulda 14-cü Türkiyə-Ərəb İqtisadi Forumu (TAF) keçiriləcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə “Daha güclü Türkiyə” prinsipi ilə 2005-ci ildən təşkil olunmağa başlayan Türk-Ərəb İqtisadi Forumunun (TAF) 14-cü toplantısı 8 noyabr tarixində İstanbulda keçiriləcək.

TurkicWorld-un məlumatına görə, Türkiyə-Ərəb İqtisadi Forumunun (TAF) qurucusu və prezidenti Murat Efe açıqlamasında bildirib ki, hökumətimizin, ərəb ölkələrinin hökumətlərinin, milli və beynəlxalq xarici ticarət qurumlarının, investisiya və maliyyə qurumlarının dəstəyi ilə şirkətlərimiz və iş adamları, bölgəmizin prestij və sabitliyini, "Türkiyə Əsri" vizyonunu qətiyyətlə gələcəyə daşımaqdan qürur duyuruq.

"Məqsədimiz, Türkiyədə birbaşa investisiya imkanlarını bölüşmək, qarşılıqlı əməkdaşlıq imkanlarını artırmaq, İstanbul Maliyyə Mərkəzinin hədəflərini, banklarımızın, Borsa İstanbul və Fintech şirkətlərinin imkanlarını iştirakçılara təqdim etmək və enerji sahələrində fəaliyyət göstərmək, sənaye, texnologiya, qida, inşaat və xarici ticarətdə uğurlar əldə edən iş adamlarımıza qatqı təmin edə bilməkdir",- deyə Murat Efe qeyd edib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər