HAVELSAN şirkətinin istehsal etdiyi “Barkan” döyüş robotu Türkiyə polisinə təhvil verilib

HAVELSAN şirkətinin istehsal etdiyi “Barkan” döyüş robotu Türkiyə polisinə təhvil verilib

Bakı. TurkicWorld:

Türkiyənin HAVELSAN şirkətinin istehsal etdiyi “Barkan” döyüş robotu Türkiyə polisinə təhvil verilib.

TurkicWorld-un məlumatına görə, Türkiyə müdafiə sənayesi insansız sistemlərdə böyük uğurlar əldə etməyə davam edir. BARKAN, "kamikadze pilotsuz uçuş aparatı (PUA)" olaraq da bilinən, gəzən döyüş robotu sursatların inteqrasiyası ilə öz sinfində birinci olub.

BARKAN, tək bir qülləyə qoşulmuş iki hidrogen dəstəkli buraxılış qurğusundan (bir başlatma lazerlə idarə olunan sistemdir, bir başlatma qurğusu gəzən sursatdır) ibarət və eyni vaxtda atəşə tutula bilən bir sistemdir.

Bu tip döyüş sursatlarının və çoxsaylı buraxılış qurğularının bir qüllədən pilotsuz yerüstü nəqliyyat vasitəsi ilə atılması beynəlxalq arenada bir ilk hesab olunur.

Atılan kamikadze sursatları elektrik hərəkət sistemi, 3 min metr uçuş hündürlüyü və 40 dəqiqəlik havada qalma müddəti ilə 15 kilometr məsafə qət edə bilir.

Son aylarda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan BARKAN, modul quruluşu sayəsində müxtəlif yükləri tez bir zamanda inteqrasiya edə bilir.

HAVELSAN məhsulların inkişafı və istehsal direktoru Veysel Ataoğlu bildirib ki, BARKAN 2 vasitəsinin hərəkətliliyini artırmışıq və müxtəlif faydalı yükləri avtomobilə inteqrasiya etmişik.

"Atış və sınaq fəaliyyətlərimizi tamamladıq. Bu kontekstdə fərqli firmaların bir sıra məhsullarını qiymətləndirdik və inteqrasiya fəaliyyətlərini tamamladıq. Beynəlxalq platformalarda ilk dəfə olaraq Orta 1-ci dərəcəli pilotsuz yerüstü avtomobildən döyüş sursatı atıldı deyə bilərik. Biz modul quruluşa malik olan BARKAN avtomobilimizə müxtəlif növ faydalı yüklərin inteqrasiyası üzərində işləməyə davam edirik. Burada əsas məqsədimiz HAVELSAN-ın proqram imkanlarından bu platformada daha yaxşı istifadə etmək və bu proqram imkanlarını ön plana çıxarmaqdır. Bizim orijinal avtonomiyamız və orijinal avtopilot tədqiqatlarımız var və biz onları pilotsuz sistemlərimizə inteqrasiya edirik. Bu pilotsuz sistemlər gələcəkdə Türkiyə Silahlı Qüvvələrinin qabaqcıl birliyi kimi istifadə olunacaq və bu qabiliyyəti qüvvəyə çatdırmaq bizim üçün xoşdur”,- deyə Veysəl Ataoğlu bildirib.

Bütün bu imkanların Cümhuriyyətin 100-cü ildönümündə sahədə özünü göstərdiyini deyən Ataoğlu, platforma istehsalçısı subpodratçılarla onları daha da inkişaf etdirmək üçün işləməyə davam edəcəklərini və mövcud həll yollarına yenilərinin əlavə ediləcəyini vurğulayıb.

"Bütün sistemləri həm quruda, həm havada, həm dənizdə istifadə konsepsiyasını əks etdirdik. Buradakı ikinci məqsəd 8-10 sursatın eyni anda atılmasını təmin etməkdir. BARKAN 2-yə bir az daha geniş, daha böyük və hərəkətliliyi artdığı üçün daha ağır silahları inteqrasiya edə bildik. Sahədə verilən tapşırığı heç bir istifadəçi interfeysi və ya istifadəçi olmadan həyata keçiririk. Bu silahı layihələrimizdən birində aktiv şəkildə istifadə edəcəyik",- deyə Veysəl Ataoğlu əlavə edib.

Qeyd edək ki, 2019-cu ildən robototexnika və avtonom texnologiyalar sahəsində tədqiqat və inkişaf (Ar-Ge) işləri aparan HAVELSAN, hərbi-mülki quru, hava, dəniz və kosmos texnologiyalarında ölkənin müstəqilliyini hədəfləyir.

Aytac Süleymanova