Son dəqiqə

Türkiyə İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Qəzza

Türkiyə Ər-Riyadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə bu ay Ər-Riyadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə sözügedən sammitdə iştirak edəcək. Gələn həftə Özbəkistana da səfər edəcəyik. Bunlar çox kritik bir zamanda kritik səfərlərdir. Bu ayın sonunda İran prezidenti cənab İbrahim Rəisi gələcək və onunla görüşümüz olacaq. İndiyə qədər dostlarımla, həmsöhbətlərimizlə çoxlu görüşlər keçirmişik. Biz şərqdən qərbə, şimaldan cənuba hər kəslə görüşür, bu qanı dayandırmağa çalışırıq. Görüş trafikimiz yaxın günlərdə də davam edəcək. İsrailin qanunsuz yanaşmasının qarşısını almaq iqtidarında olmayan beynəlxalq ictimaiyyət ilk növbədə öz prinsiplərinə məhəl qoymur. Fələstinlilərin məruz qaldıqları qırğına məhəl qoymamaq kifayət deyilmiş kimi, İsrailə dəstək verərək onları daha çox körpə öldürməyə sövq edirlər. Vicdanlarını həbs etdikləri zindanlar sabah onlar üçün rüsvayçılıq divarlarına çevriləcək",- deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, biz hayqırırıq ki, ədalət haradadır?, Sülhü qorumaq üçün yaradılan beynəlxalq təşkilatlar haradadır?, Hüquq müdafiəçiləri hanı? Baxırsan ki, dövlət idarəçiləri sussalar da, xalq susmur. Avropa küçələrindəki bütün qadağalara, maneələrə baxmayaraq, insanlar meydanlarda ədalət tələb edir. İfadə azadlığı adı altında terror təşkilatlarının yaraqlılarına son dərəcə tolerant münasibət bəsləyən bəzi ölkələr bir xalqın simvolu olan Fələstin bayrağını belə qadağan etməyə çalışıblar. Nə yaxşı ki, vicdanlı insanlar o qadağalara əhəmiyyət vermədilər.

"Təəssüf ki, atəşkəs nöqtəsində hazırda Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələr ikiyə bölünüb. BMT-də səsvermədə iştirak edən 121 ölkə, məncə, sağlam şəkildə atəşkəs istəyənlərdir. 45 ölkə istəsə də istəməmək nöqtəsindədir. 14 ölkə atəşkəsə “yox” deyir. Dünyada belə bir quruluş var. Bu səbəblərdən İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyad Zirvə toplantısına böyük əhəmiyyət verirəm. Ər-Riyadda atəşkəs üçün məsuliyyəti öz üzərimizə götürəcəyik və bu atəşkəsdə prosedur və mahiyyət baxımından nələrin baş verməsi ilə bağlı ilkin işləri görəcəyik. Biz sammitdə bu prinsip və prosedurla bağlı təqdimatlarımızı edəcəyik və ümid edirik ki, atəşkəs üçün şərtləri buna uyğun irəli sürəcəyik. Təbii ki, burada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyi çox önəmlidir. Bu atəşkəsə səs verən 121 ölkə arasında öz tərəfimizə çəkəcəyimiz ölkələr önəmlidir. Bu addımla atəşkəs rejiminə əməl etmək bizim ən vacib yolumuz olacaq",- deyə Ərdoğan əlavə edib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər