Türkiyə çox yaxşı və güclü bir müttəfiqdir - Latviya XİN rəhbəri

Türkiyə çox yaxşı və güclü bir müttəfiqdir - Latviya XİN rəhbəri

Bakı. TurkicWorld:

Türkiyə çox yaxşı və güclü bir müttəfiqdir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Latviyanın xarici işlər naziri Krisjanis Karins deyib.

"Türkiyə çox dəyərli bir NATO müttəfiqidir və Türkiyə ilə əməkdaşlıq çox vacibdir. Türkiyə çox yaxşı və güclü bir müttəfiqdir. Türkiyənin Aİ üzvlüyünə doğru irəliləməsi hər iki tərəfin maraqlarına uyğundur və hər ikisi üçün çox xeyirli olacağını düşünürəm. Eyni zamanda mən, ölkəmin Türkiyə ilə sıx əlaqələr qurmasını dəstəkləyirəm",- deyə nazir bildirib.

Aytac Süleymanova