Bakı. TurkicWorld:
Türkiyə Xarici İşlər Nazirliyi Bəlucistan əyalətində törədilən terror aktında həyatını itirən 14 əsgər üçün Pakistana başsağlığı verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
"Pakistanın cənub-şərqindəki Bəlucistan əyalətinin Qvadar şəhərində 2023-cü il noyabrın 3-də 14 əsgərin şəhid olduğu dəhşətli terror aktını qınayırıq. Terrorizmə qarşı birgə mübarizəmizdə dost-qardaş Pakistan hökuməti və xalqı ilə həmrəy olduğumuzu bir daha vurğulayırıq”, - deyə nazirlikdən bildirilib.
Ləman Əsədli
Twitter: Lamanasadli01







