Beynəlxalq ictimaiyyətin Qəzza ilə bağlı çağırışımıza cavab verməsini gözləyirik - Koca

Beynəlxalq ictimaiyyətin Qəzza ilə bağlı çağırışımıza cavab verməsini gözləyirik - Koca

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyətin və aidiyyəti qurumların Qəzza ilə bağlı çağırışımıza cavab verməsini və mümkün qədər tez tədbir görməsini gözləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

"Beynəlxalq ictimaiyyət xəstələrin bilə-bilə ölməsinə icazə verməklə onların həyatını xilas etmək arasında seçim etməlidir. Bütün xəbərdarlıqlarımıza, aidiyyatı qurumlara və beynəlxalq ictimaiyyətə çağırışlarımıza baxmayaraq Qəzzada fəaliyyət göstərən Türk-Fələstin Dostluq Xəstəxanası yanacağın tükənməsi və İsrailin davam edən hücumları nəticəsində dünən fəaliyyətini tamamilə dayandırmalı olub", - deyə o bildirib.

Nazir Koca onu da qeyd edib ki, Türkiyə Qəzzaya hər cür dəstəyi verməyə hazırdır.

"Resurs çatışmazlığı səbəbindən xəstəxanadan məcburi şəkildə evə buraxılan xərçəng xəstələrinin müalicəsinin davam etdirilməsində, Qəzzada ehtiyacı olan və tibbi cəhətdən uyğun hesab edilən digər uşaq və böyük reanimasiya xəstələrinin köçürülməsində Türkiyə olaraq hər cür dəstəyi verməyə hazırıq. Təəssüf ki, beynəlxalq ictimaiyyət və müvafiq qurumlar xəstəxanaya hücumların qarşısını almaq üçün kifayət qədər tədbir görməyib. İndi xəstələrin həyatını xilas etmək ən vacib vəzifədir", - deyə o əlavə edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01