Bayraktar TB3 ikinci uçuş testini uğurla başa vurub

Bayraktar TB3 ikinci uçuş testini uğurla başa vurub

Bakı. TurkicWorld:

Türkiyənin Baykar şirkəti tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış Bayraktar TB3 SİHA, dörd saat davam edən ikinci uçuş testini uğurla başa vurub.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin Sədri Selçuk Bayraktar öz rəsmi sosial media hesabında paylaşım edib.

"Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən Bayraktar TB3 Silahlı Pilotsuz Uçuş Aparatı ikinci dəfə səmaya qalxıb. Bayraktar TB3 dörd saat davam edən ikinci uçuş testini uğurla başa vurub",- deyə paylaşımda bildirilib.

Məlumat üçün bildirək ki, SİHA qatlana bilən qanadlara, SATCOM faydalı yükünə, min 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma vaxtına, altı ədəd silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, Bayraktar TB3 SİHA-sı TB2 üzərində inkişaf etdirilib.

Aytac Süleymanova