T129 ATAK helikopteri il sonu Nigeriyaya təhvil veriləcək

T129 ATAK helikopteri il sonu Nigeriyaya təhvil veriləcək

Bakı. TurkicWorld:

Nigeriya üçün istehsal edilən ilk T129 ATAK helikopteri 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində təhvil veriləcək.

TurkicWorld-un məlumatına görə, Nigeriyanın müdafiə naziri Mohammed Badaru Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti Türk Aerokosmik Sənayesi (TUSAŞ) müəssisələrində olub.

Nigeriya nümayəndə heyətinin səfəri zamanı TUSAŞ-ın Nigeriya Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi ilk T129 ATAK Hücum və Taktiki Kəşfiyyat Helikopteri də nümayiş etdirilib.

Türkiyənin ilk yerli hücum helikopteri olan T129 ATAK-ın kütləvi istehsalı və çatdırılması fəaliyyətləri davam edir.

TUSAŞ indiyədək 100-ə yaxın T129 ATAK Hücum və Taktiki Kəşfiyyat Helikopteri istehsal edib.

Qeyd edək ki, TUSAŞ bu zamana qədər Filippinə 4 ATAK, Qazaxıstana 3 ANKA, Qırğızıstana 2 AKSUNGUR, Çada 3 HÜRKUŞ və 2 ANKA, Nigerə 2 HÜRKUŞ, Tunisədə 5 ANKA təslim edib.

Aytac Süleymanova