Əlcəzairin Türkiyəyə maye qaz tədarükünün müddəti 2024-cü ilə qədər uzadılıb

Əlcəzairin Türkiyəyə maye qaz tədarükünün müddəti 2024-cü ilə qədər uzadılıb

Bakı. TurkicWorld:

Əlcəzairin Türkiyəyə illik 5,4 milyard kubmetrə çatan maye qaz tədarükünün müddəti 2024-cü ilə qədər uzadılıb.

TurkicWorld-un məlumatına görə, Əlcəzairin milli neft-qaz şirkəti Sonatrach-ın sədri və baş meneceri Rachid Hachichi və Türk Boru Kəmərləri və Neft Nəqliyyatı A.Ş.-nin (BOTAŞ) sədri və baş meneceri Abdulvahit Fidan Əlcəzairdə görüşüblər.

Görüş zamanı iki tərəf Sonatrach və BOTAŞ arasında mayeləşdirilmiş təbii qazın alqı-satqısı ilə bağlı müqavilələr çərçivəsində mövcud uzunmüddətli ticari əlaqələri müzakirə ediblər və iki ölkə arasında enerji sahəsində əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparıblar.

Aytac Süleymanova