Türkiyə Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev

TDT Baş katibi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü təbrik edib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü təbrik edib.

TurkicWorld xəbər verir ki, o, bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.

“29 Oktyabr Respublika Bayramı və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Türkiyəni təbrik edirəm. Qazi Mustafa Kamal Atatürkü və silahdaşlarını hörmətlə yad edirəm”, - deyə paylaşımda qeyd edilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər