Son dəqiqə

Türkiyə PUA Mehmet Fatih Kacır

Türkiyə hərbi PUA istehsalında dünyada birincidir - Mehmet Fatih Kacır

Bakı. TurkicWorld:

Türkiyə hərbi PUA istehsalında dünyada birincidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır danışıb.

"Texnologiyanın bütün sektorları dəyişdirdiyi müasir dünyada texnoloji müstəqilliyin təmin edilməsi ilə iqtisadi müstəqillik mümkündür. Müdafiə sənayesində müstəqillik, mütləq məsuliyyətdir. Biz 40 ildir bu coğrafiyada terrora qarşı mübarizə aparan dövlət, millət, ölkəyik. Müstəqilliyimizi tam möhkəmləndirmək üçün nə lazımdırsa, onu edirik və edəcəyik. Yerli və milli səviyyədə müdafiə sənayesində 20 ildə çox böyük irəliləyişlər əldə etmişik. Türk sənayesi bəzi sahələrdə Avropanın, bəzi sahələrdə isə dünyanın lideri olmaq həddinə gəlib. Bu gün Türkiyənin avtomobil sənayesi, metal sənayesi və kimya sənayesində 30 milyard dollarlıq ixracatı var. Günəş panelləri istehsalında Avropada birinci, dünyada dördüncüyük",- deyə nazir bildirib.

Kacır qeyd edib ki, İsrail insanlığa qarşı cinayətlər törədir. Günahsız insanları öldürür, xəstəxanaları bombalayır. O xəstəxanalarda həkimlər, tibb bacıları, xəstələr, qadınlar və uşaqlar var. Demək olar ki, bütün dünya bu qəddarlığa tamaşaçı olaraq qalır. Biz bilirik ki, bu dünyanı daha ədalətli etmək, ancaq daha güclü olmaqla, Milli Texnologiya Hərəkatını uğurla həyata keçirməklə mümkündür. Biz bu sahədə o qədər uğurlu olmalıyıq ki, bu dünyada zalımlar məzlumu öldürməyə cəsarət etməsinlər.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər