Çanaqqala 1915 körpüsü ən yaxşı qlobal layihələr arasında birinci yerə layiq görülüb

Çanaqqala 1915 körpüsü ən yaxşı qlobal layihələr arasında birinci yerə layiq görülüb

Bakı. TurkicWorld:

Türkiyənin 1915 Çanaqqala Körpüsü dünyanın ən yaxşı mühəndislik layihələrinin seçildiyi "Ən Yaxşı Qlobal Layihələr" yarışmasında birincilik mükafatını qazanıb.

TurkicWorld xəbər verir ki, müsabiqədə layihələr komanda işi, çətinliklərin öhdəsindən gəlmək, əməyin mühafizəsi, innovasiya və cəmiyyətə töhfə, tikinti keyfiyyəti, funksiya və dizaynda estetika və keyfiyyət kimi bir çox meyarlar üzrə ətraflı qiymətləndirilib.

Məlumata əsasən, hava limanı, təhsil, səhiyyə, ictimai, hərbi, istehsal, mədəniyyət, yol, magistral, idman və əyləncə sahələrində struktur və layihələri qiymətləndirən münsiflər heyəti, 23 fərqli ölkədən cəmi 31 layihəni birinciliklə təltif edib. Körpü və tunel kateqoriyasının qalibi isə 1915 Çanaqqala Körpüsü olub.

Qeyd edək ki, "Çanaqqala 1915 körpü və avtomobil yolu" layihəsi 2020-ci ildə dünya miqyasında ən yaxşı ekoloji təcrübələri təbliğ və təşviq etmək məqsədi daşıyan "The Green Organisation" tərəfindən qızıl mükafata layiq görülüb. Layiihə indiyə qədər 12 maliyyə, iki ətraf mühit və sosial, dörd məşğulluq və üç mühəndislik mükafatı qazanıb.

Ləman Əsədli

Twitter: lamanasadli01