Bakı. TurkicWorld:
Bu gün Türkiyə Respublikasının 100 illiyinə həsr olunan “Son şam yeməyi” filminin premyerası olacaq.
TurkicWorld-un məlumatına görə, film Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəstəyi ilə hazırlanıb.
Məlumat üçün qeyd edək ki, filmdə Türkiyə Respublikasının quruluşundan bəhs edilir.
Filmin premyerasında Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun da iştirak edəcək.
Hafiz Rufizoğlu