Son dəqiqə

Türkiyə TPAO Qabar

Qabarda gündəlik neft hasilatı 25 min barrelə çatıb - TPAO

Bakı. TurkicWorld:

Qabarda gündəlik neft hasilatı 25 min barrelə çatıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti öz rəsmi X (twitter) hesabında paylaşım edib.

"Ölkəmizin iqtisadiyyatı və qurumumuz üçün böyük dəyər istehsal olunmaqda davam edir. İlin sonuna qədər məqsədimiz təkcə “Qabar” layihəsindən gündəlik hasilatı 35 min barrelə çatdırmaqdır. 2024-cü ilin sonu üçün hədəfimiz isə “Qabar” layihəsində gündəlik 100 min barel hasilatdır. Bu məqsədə çatmaq üçün bütün gücümüzlə və bütün komandamızla gecə-gündüz çalışırıq”,- deyə paylaşımda bildirilib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər