Terror təşkilatlarının kökünü kəsməkdə qərarlıyıq - Yılmaz Tunç

Terror təşkilatlarının kökünü kəsməkdə qərarlıyıq - Yılmaz Tunç

Bakı. TurkicWorld:

Biz Türkiyə olaraq bütün terror təşkilatlarının kökünü kəsməkdə qərarlıyıq, çünki terrorla mübarizəni hüquq və azadlıq mübarizəsi kimi görürük.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

“Xüsusən də sərhədyanı cinayətlərin və terror aktlarının sürətlə artması və bu cinayətlərlə mübarizədə yaşanan çətinliklər təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün cinayətlərin mühüm problemini təşkil edir. Terrorizm və terrorizmin maliyyələşdirilməsi, silah, insan və narkotik ticarəti, immiqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması və kibercinayətlər kimi transmilli cinayətlərin geniş spektri müxtəlifliyi və mürəkkəbliyi dövlətlərin bu cinayətlərlə fərdi mübarizə aparmasını çətinləşdirir. Bu səbəbdən terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq məhkəmə əməkdaşlığı daha çox əhəmiyyət kəsb edib. Türkiyə olaraq biz bu günə qədər etdiyimiz kimi, məhkəmə əməkdaşlığı ilə bağlı beynəlxalq hüquqdan irəli gələn öhdəliklərimizi yerinə yetirməkdə qərarlıyıq",- deyə nazir bildirib.

Yılmaz Tunç vurğulayıb ki, terror insanlıq cinayətidir və Türkiyə FETÖ, İŞİD, PKK kimi bir çox terror təşkilatına qarşı qətiyyətlə mübarizə aparır.

"Terror yaşamaq haqqının, demokratiyanın və azadlığın düşmənidir. Türkiyə olaraq terrorla mübarizəni hüquq və azadlıq mübarizəsi olaraq gördüyümüz üçün bütün terror təşkilatlarının kökünü kəsməkdə qərarlıyıq. Terrorizmlə hüquqi əsasda mübarizənin aparılması şübhəsiz ki, ölkələr arasında ekstradisiya tələbləridir, yəni məhkəmə əməkdaşlığı təşkil edir. Biz Türkiyə olaraq məhkəmə əməkdaşlığı ilə bağlı beynəlxalq hüquqdan irəli gələn öhdəliklərimizə səmimi şəkildə əməl etmişik, bundan sonra da əməl etməyə davam edəcəyik. Bu öhdəliklə eyni ciddilik və qətiyyətlə, bir çox tarixi, mədəni ortaqlıq və qohumluq bağlarımız olan Türk dünyasından eyni perspektiv gözlədiyimiz kimi, o cümlədən bütün dünya ölkələrindən də fəal mübarizə gözləyirik.Bu kontekstdə, terror təşkilatlarına qarşı hüquqi mübarizənin gücü məhkəmə əməkdaşlığıdır. Cinayətkarların ekstradisiyasına dair tələblərimizlə bağlı başda Türk dünyası dövlətləri olmaqla, dünyanın həssas və səmimi davranmasını gözləyirik. Mən bütün dünyanı ikili standarta son qoymağa dəvət edirəm”,- deyə Yılmaz Tunç əlavə edib.

Aytac Süleymanova